Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2024 12:14
Rusiya istənilən ABŞ Prezidenti ilə işləməyə hazırdır, lakin daha yaxşı olar ki, bu, Co Bayden olsun.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
"Rusiya Federasiyası üçün ABŞ prezidenti kimi hansı siyasətçi daha yaxşıdır: Co Bayden, yoxsa Donald Tramp?" sualına Putin belə cavab verib:
"O (Bayden), daha təcrübəli, proqnozlaşdırıla bilən insandır, köhnə formasiyanın siyasətçisidir. Ancaq biz Amerika xalqının güvəndiyi istənilən ABŞ lideri ilə işləyəcəyik", - Rusiya lideri izah edib.