Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"ın ulduzu ata olmağa hazırlaşır: Sevgilisi anası yaşındadır - FOTOlar

Tarix: 15 Fevral 2024 19:04

Keçən il "Şaxtyor"dan 18 milyon avroya "Real"a keçən Vinisius Tobias klubun gələcəyi hesab edilir.

Tobias müdafiəçi kimi çıxış edir. Bu mövsüm Madrid təmsilçisinin ikinci komandasının əsas üzvlərindən birinə çevrilib. Karlo Ançelotti braziliyalı futbolçunu əsas komandaya cəlb etmək istəyib. Lakin hələlik bu mümkün deyil. Çünki "Real" legioner limitini doldurub. Aİ-dən kənar ölkələrin vətəndaşları ilə bağlı federasiyanın tələb etdiyi oyunçu limiti dolub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, gənc futbolçu oyunu ilə yanaşı şəxsi həyatı ilə də çox danışılır. Onun həyatında İnqrid Tobias adlı xanım var. Daha doğrusu, həyat yoldaşı. İnqrid və Vinisus 2021-ci ildə, müdafiəçinin cəmi 17 yaşı olanda evləniblər. Media qızın yaşını hələ də öyrənə bilməyib. Hətta bəzi nəşrlər "İnqrid Vinisusun anasının yerini tuta bilərmi" deyə yazılar dərc ediblər.

İki gün öncə isə cütlük maraqlı foto paylaşıb. Onlar ailəyə gələcək yeni üzv barədə sosial şəbəkədə paylaşım ediblər.

Milli.Az


Etiketlər:  Realın ulduzu ata olmağa hazırlaşır Sevgilisi anası yaşındadır FOTOlar


RƏYLƏR