Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2024 22:12
Mövsümün sonunda baş məşqçi Xavi Hernandezlə yollarını ayıracaq "Barselona"nın idman direktoru Deko növbəti mövsüm üçün transfer hərəkatına başlayıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, "Barselona" 5 futbolçunu transfer etmək istəyir.
"As" qəzetinin məlumatına görə, "Barselona" "Arsenal"da çıxış edən Qabriel Martinelli, "Everton"un 22 yaşlı ön liberosu Amadou Onana, "Brayton"un sol cinahı Kaoru Mitoma, "Napoli"nin ulduzu Xviça Kvaratsxeliya və "Jirona"nın yarımmüdafiəçisi Qarsianı transfer etmək istəyir.
İddialara görə, La Liqa nəhəngi gələn mövsüm bu 5 futbolçudan azı üçünü heyətinə qatmaq istəyir. Bununla yanaşı "Barselona" bəzi futbolçuları klubdan gönədərəcək.