Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' üçün 7 potensial rəqib

''Qarabağ'' üçün 7 potensial rəqib

Tarix: 6 May 2019 17:36

Ardıcıl 6-cı dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 7 potensial rəqibi müəyyənləşib.

Qol.az xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq Ağdam təmsilçisi güclü komandaların qərarlaşdığı səpələnmişlər səbətində yer alacaq.

Öz səbətində ən reytinqli klublardan biri olan "atlılar" ilk mərhələdə nisbətən zəif rəqiblə qarşılaşacaq.

Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), APOEL (Kipr), "Qarabağ" (Azərbaycan), "Srvena Zvezda" (Serbiya), "Makkabi" (Təl Əviv, İsrail), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya).

Səpələnməmişlər: "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Valur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan).

Qeyri-müəyyənlər: TNS (Uels), "Şkendiya" (Makedoniya), "Slovan" (Slovakiya), AIK (İsveç), "Suduva" (Litva), "Valletta" (Malta).

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-də keçiriləcək.

 


Etiketlər:  Qarabağ üçün potensial rəqib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ