Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kerobyan barəsində ev dustaqlığı qətimkan tədbiri seçildi

Kerobyan barəsində ev dustaqlığı qətimkan tədbiri seçildi

Tarix: 16 Fevral 2024 14:26

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan barəsində 2 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qərar qəbul edib. 

Kerobyana əsas olaraq evini tərk etmək, kimisə qəbul etmək və yaxud kənar şəxslərlə ünsiyyət qadağan edilib. 

Xatırladaq ki, V.Kerobyan fevralın 14-ü istefa verib. O, fevralın 15-i dindirilmək üçün Ermənistanın İstintaq Komitəsinə çağırılıb və ona qarşı vəzifə öhdəliklərindən sui-istifadə maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az


Etiketlər:  Kerobyan barəsində dustaqlığı qətimkan tədbiri seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ