Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinə Navalnının ölümü barədə məlumat verilib

Putinə Navalnının ölümü barədə məlumat verilib

Tarix: 16 Fevral 2024 16:20

Rusiya Prezidenti Vladimir Putinə siyasətçi Aleksey Navalnının dünyasını dəyişməsi ilə bağlı məlumat verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskovun sözlərinə görə, Rusiyanın Federal Penitensiar Xidməti Navalnının ölüm səbəblərinin araşdırılması ilə məşğul olur və bunun üçün ayrıca göstəriş tələb olunmur.

O, bununla yanaşı medianın yazdığı kimi, Navalnının tromb yaranması səbəbindən vəfat etməsinin həqiqətə uyğun olub-olmadığını bilmədiyini vurğulayıb: "Mən bilmirəm. Bunu həkimlər aydınlaşdırmalıdır".

Xatırladaq ki, rusiyalı siyasətçi A.Navalnı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.

Milli.Az


Etiketlər:  Putinə Navalnının ölümü barədə məlumat verilib


RƏYLƏR