Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi” azarkeşlərin söyüşlərinə görə cərimələndi

“Neftçi” azarkeşlərin söyüşlərinə görə cərimələndi

Tarix: 16 Fevral 2024 17:26

AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı qərarları açıqlanıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki,  klublara ümumilikdə 5100 manat cərimə kəsilib.

"Kəpəz" - "Səbail" matçında 6 futbolçusu sarı vərəqə aldığına görə meydan sahibləri 700 manat cərimə edilib. Qarşılaşmanın fasiləsində "Kəpəz"in futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubunu daha 500 manat ziyana salıb. "Səbail" isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

"Araz-Naxçıvan" - "Neftçi" görüşünün fasiləsində meydan sahiblərinin məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat cərimə olunub. Paytaxt təmsilçisi isə 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə ödəyəcək.

"Neftçi" həmçinin oyunun 90+3-cü dəqiqəsində azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün 1000 manat cərimə edilib.


Etiketlər:  Neftçi azarkeşlərin söyüşlərinə görə cərimələndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR