Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əvvəlcə başına vurub, sonra isə... - Qandonduran cinayətin TƏFƏRRÜATI - FOTOlar

Əvvəlcə başına vurub, sonra isə... - Qandonduran cinayətin TƏFƏRRÜATI - FOTOlar

Tarix: 16 Fevral 2024 20:00

Türkiyədə 5 ay əvvəl yol qəzasında həyatını itirdiyi bildirilən yaşlı kişi qonşuları tərəfindən öldürülüb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, 16 sentyabr 2023-cü il tarixində Dənizlinin Kelekçi məhəlləsində tək yaşayan 64 yaşlı Şahin Demirtenin qonşusu Cihan G. təcili yardım mərkəzinə zəng edərək Demirtenin evindən 500 metr aralıda motosikletlə qəzaya uğradığını bildirib. Qonşunun zəngindən sonra əraziyə gələn səhiyyə işçiləri qocanın öldüyünü müəyyən ediblər. İlkin araşdırmada infarkt keçirdiyi üçün qəzaya düşdüyü zənn edilən iki uşaq atası Demirten ertəsi gün məhəllə qəbiristanlığında dəfn edilib.

Atalarının daha əvvəl heç qəza törətməməsindən, hadisə yerində gördükləri ağac parçalarından, ərazidəki qan izlərindən şübhələnən Şahin Demirtenin övladları qəzanın baş verdiyi ərazidəki bütün dəlilləri videoya çəkiblər. Respublika Prokurorluğuna müraciət edərək hadisənin yenidən araşdırılmasını tələb ediblər. Ailənin şübhələrini nəzərə alan prokurorluq hadisəni araşdırmağa başlayıb.

Hadisə yerindən toplanan dəlillərə və qəzaya uğradığı iddia edilən motosikletdə hər hansı qırıq hissələrin olmamasına əsasən, onun öldürüldüyü qənaətinə gəlinib.

Nəticədə Şahin Demirtenin qonşusu tərəfindən ağac parçası ilə döyülərək öldürüldüyü müəyyən edilib. Hadisə ilə bağlı Demirtenlə aralarında ədavəti olan qonşu Həsən G., həyat yoldaşı Makbule G., oğlu Cihan G. və qızı Serap G. saxlanılıb. Dindirilmə zamanı şübhəlilərdən Cihan G. törətdiyi cinayəti etiraf edib və hadisə baş verən gün olanları danışıb.

Narkotik aludəsi olduğu iddia edilən Cihan G. Şahin Demirtenin yolunu kəsərək pul istəyib. Demirten pul vermədiyinə görə aralarında mübahisə yaranıb. Nəticədə yaşlı kişinin başına ağac parçası ilə vurub, sonra isə onu döyməyə başlayıb.Cinayət hadisəsinə ailənin digər üzvləri də qarışıb.Qətlin qəza kimi görünməsini istəyən ailə Şahin Demirteni motosikleti ilə birlikdə 50 metr sürüyüb qəza görüntüsü yaratmağa çalışıblar. Cinayətdən qaçmaq üçün planlar quran, hətta qəza barədə 112-yə zəng vuran ailəni hadisə yerində unutduqları və evlərinin qarşısındakı ilə eyni olan ağac parçaları ələ verib.

Prokurorluqda dindirilmələri hələ də davam edən şübhəlilərə "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Əvvəlcə başına vurub sonra isə Qandonduran cinayətin TƏFƏRRÜATI FOTOlar


RƏYLƏR