Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2024 11:12
"Uzun müddətdir ki, medal qazana bilmirdim".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) deyib.
O, Bakıda keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanmasına münasibət bildirib. Ağayevin sözlərinə görə, çempion olmasına səhvi imkan verməyib: "Burada bizə dəstək böyük idi. Çünki evdə güləşirik. Buna görə də adam özünə inanaraq tatamiyə çıxır. Bir sıra səhvlərim oldu. Ona görə qızıl medalı əldən verdim. Qismət belə imiş".
O bildirib ki, apreldə Budapeştdə kişi cüdoçular arasında keçiriləcək Avropa çempionatında iştirak etmək istəyir: "Təbii ki, heyət tam dəqiq deyil. Bu idmandır. Amma mənlə yanaşı, eyni çəkidə Turan Bayramovun iştirakı gözlənilir".
Qeyd edək ki, turnirdə Balabəy Ağayev Kamoliddin Baxtiyorov (Özbəkistan) məğlub edərək, 3-cü olub.