Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə azərbaycanlı futbolçuların dueli alınmayıb

Türkiyədə azərbaycanlı futbolçuların dueli alınmayıb

Tarix: 17 Fevral 2024 18:20

Türkiyə 1-ci Liqasının 23-cü turu azərbaycanlı futbolçuların çıxış etdikləri komandaların dueli ilə əlamətdar olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu "Tuzlaspor"un olub.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. Bolu təmsilçisi matçın 89-cu dəqiqəsində vurduğu qolla 3 xal qazanıb.

İsgəndərli 81-ci dəqiqədə oyuna daxil olsa da, Bəxtiyar zədə səbəbindən görüşü buraxıb.

Qeyd edək ki, xalını 36-a yüksəldən "Boluspor" 6-cı pillədə qərarlaşıb. "Tuzlaspor" isə 22 xalla 15-cidir.

Milli.Az


Etiketlər:  Türkiyədə azərbaycanlı futbolçuların dueli alınmayıb


RƏYLƏR