Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah''dan əzmkar qələbə, ''Səbail''in matçında 4 qol

''Sabah''dan əzmkar qələbə, ''Səbail''in matçında 4 qol

Tarix: 17 Fevral 2024 21:10

Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

Sonxeber.net xəbər verir ki, ilk matç "Sabah"la "Kəpəz" arasında baş tutub.

3:2 hesablı əzmkar qələbə qazanan "Sabah" xallarının sayını 31-ə çatdıraraq, turnir cədvəlində beşinci pilləyə yüksəlib. Doqquzuncu sırada qərarlaşan "Kəpəz" isə 20 xalda qalıb.

Günün ikinci görüşündə "Səbail"lə "Araz-Naxçıvan" qarşılaşacaqlar.

Qeyd edək ki, turun "Sumqayıt" - "Turan Tovuz" və "Neftçi" - "Zirə" oyunları fevralın 18-də keçiriləcək. "Qəbələ" - "Qarabağ" matçı isə ikincilərin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

***

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu baş tutub.

Günün ikinci matçında "Səbail"lə "Araz-Naxçıvan" birincilərin meydançasında qarşılaşıblar.

Buna qədər eyni xala malik komandaların duelində qollu bərabərlik qeydə alınıb - 2:2. Bərabərliyin ardından hər iki komanda hesabındakı xal sayını 31-ə yüksəldib.


Etiketlər:  Sabahdan əzmkar qələbə Səbailin matçında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ