Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2024 21:22
Rusiyalı müxalifətçi Aleksey Navalnının cəsədi itib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, barədə Navalnının mətbuat katibi Kira Yarmış bildirib.
O qeyd edib ki, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə məlumat verilib:
"Navalnının vəkili və anası Salexard morquna getsələr də, ora bağlı olub. Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng etdi. Onların morqunda Alekseyin cəsədi yoxdur".
Qeyd edək ki, fevralın 16-da Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.