Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bədən qoxusunu dəyişən xəstəliklər

Bədən qoxusunu dəyişən xəstəliklər

Tarix: 18 Fevral 2024 12:12

Qalxanabənzər vəz, qaraciyər, böyrəyin işinin pozulması və şəkərli diabet bədən qoxusunun dəyişməsinə səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın tanınmış həkimi Olqa Ulankina xəbərdarlıq edib.

Onun sözlərinə görə, qaraciyər və böyrək xəstəlikləri dəridən və nəfəsdən ammonyak qoxusunun gəlməsinə səbəb ola bilər.

"Aseton qoxusu isə diabetin əlamətlərindən biridir. Bu xəstəlikdə insulinin qeyri-kafi miqdarda olması və ya ona qarşı müqavimət səbəbindən orqanizm qlükozanı qəbul etmir, ona görə də özünü enerji ilə təmin etmək üçün yağları və zülalları emal etməyə başlayır. Bu maddələrin parçalanması nəticəsində keton cisimləri əmələ gəlir - onlar kəskin qoxuya cavabdehdirlər", - deyə həkim bildirib.

Ekspert sirkə qoxusunun endokrin xəstəlikləri, vərəmi və D vitamini çatışmazlığını göstərə biləcəyini qeyd edib.

"Fiziki fəaliyyətdən və bol tərləmədən sonra tərin turş qoxusu normaldır, ancaq duş qəbul etdikdən sonra təmiz bədəndən sirkə iyi gəlirsə, narahat olmalısınız", - deyə Ulankina izah edib.

Həkim, həmçinin vurğulayıb ki, qalxanabənzər vəzin işinin pozulması tərləmənin artmasına və nəticədə bədən qoxusunun kəskinləşməsinə səbəb ola bilər.

"Çox miqdarda ədviyyatlı ərzaqların, yarımfabrikatların və hazır şirniyyatların istehlakı da bədən qoxusuna təsir edə bilər", - deyə Ulankina sözlərini yekunlaşdırıb.

Milli.Az


Etiketlər:  Bədən qoxusunu dəyişən xəstəliklər


RƏYLƏR