Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 08:48
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ölkələrinə hücumlarını təşviq etmək planları ilə bağlı açıqlamaları Avropa siyasətçiləri, xüsusilə Estoniyada narahatlıq yaradıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
Mənbənin məlumatına görə, Estoniya kəşfiyyatının rəhbəri Kaupo Rosin Trampın sözlərini şərh edərkən bildirib ki, bu cür bəyanatlar heç vaxt fayda verməyib.
Yanvarın sonunda Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Herem isə bildirib ki, Rusiya Ukraynada məqsədlərinə çatdıqdan sonra özünü bərpaya cəmi bir il sərf edəcək. Onun sözlərinə görə, Rusiya Federasiyası gec-tez Estoniyaya hücum edə bilər ki, Baltikyanı ölkə buna hazır deyil.