Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milana Qorenşteyn İlham Əliyevə təbrik məktubu göndərib

Milana Qorenşteyn İlham Əliyevə təbrik məktubu göndərib

Tarix: 19 Fevral 2024 15:06

İsraildə yerləşən "Planetar Səhiyyə Təşkilatı" beynəlxalq qeyri-hökumət təşkilatının sədri Milana Qorenşteyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Planetar Səhiyyə Təşkilatı adından ən səmimi təbriklərimizi çatdırıram.

Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan mühüm tərəqqiyə, xüsusilə də iqtisadi inkişafa nail olub. Ölkənizin inkişafı və xalqınızın rifahı istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir.

Planetar Səhiyyə Təşkilatının rəhbəri kimi Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıqda maraqlıyam. İndiki və gələcək nəsillər üçün daha sağlam planetlə bağlı bizim məqsədlərimiz Azərbaycanın bu istiqamətdə gördüyü işlərlə uyğundur.

Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az


Etiketlər:  Milana Qorenşteyn İlham Əliyevə təbrik məktubu göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ