Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2019 10:36
Bakı. Samir Əli - Trend:
Tərtər rayonunda yeni doğulan körpə doğuş zamanı ölüb.
Trend-in məlumatına görə, hadisə Tərtər Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü Axundova İlahə Eldar qızı gecə saatlarında xəstəxananın doğum şöbəsinə müraciət edib. Doğuş zamanı körpə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin