Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2024 08:00
İsrail səfiri Braziliya Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Braziliya XİN-dən məlumat verilib.
Bildirilib ki, səfir Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın İsraildə "persona non-qrata" elan edilməsi səbəbindən XİN-ə çağırılıb.
Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib. Buna cavab olaraq İsrail onu "persona non-qrata" elan edib.