Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2024 08:18
Polşalı fermerlər tərəfindən Polşa-Ukrayna sərhəd-keçid məntəqələrinin bağlanılması ilə yaranan vəziyyət rasional həllini tapmalıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bizim kənd təsərrüfatı məhsullarının cəmi 5 faizi Polşa sərhədindən keçir. Ona görə məsələ taxılda deyil, siyasətdədir. Rusiya ilə sərhəddə, Kupyanskda artilleriya "yağışı" fonunda Polşa sərhədində olan sadəcə istehzalı görünür", - deyə dövlət başçısı bildirib.