Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsraildə Ramazan ayında Əl-Əqsa məscidinə girişə icazə veriləcək?

İsraildə Ramazan ayında Əl-Əqsa məscidinə girişə icazə veriləcək?

Tarix: 20 Fevral 2024 14:38

İsrail hökuməti müsəlmanlara Ramazan ayında Əl-Əqsa məscidində namaz qılmağa şərait yaradacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu açıqlama ilə İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman çıxış edib.

Bununla belə, o qeyd edib ki, Əl-Əqsa məscidində giriş üçün müəyyən qaydalar müəyyənləşdirilib.

"İsraildə hər bir dini obyekt üçün maksimum ibadət kvotaları hazırlanıb. Eyni kvotalar Məscidül-Əqsa üçün də mövcuddur və onlara ciddi şəkildə əməl olunacaq", - deyə D.Gendelman vurğulayıb.

O əlavə edib ki, yaxın günlərdə Məscidül-Əqsaya giriş proseduru və meyarları İsrail polisi tərəfindən ictimaiyyətə açıqlanacaq.

Milli.Az


Etiketlər:  İsraildə Ramazan ayında Əl Əqsa məscidinə girişə icazə veriləcək


RƏYLƏR