Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2024 00:40
"Mən hər gün çıxan bu murdar xəbərlərdən iyrənirəm. 62 yaşlı kişi əqli qüsurlu qız uşağını zorlayıb hamilə qoymasınamı təəccüblənək, atanın qızına etdiyi seksual zorakılığamı, məktəbli oğlanların qızların başına açdığı oyunamı, məktəbli qızların öz həmcinslərinə etdikləri murdarlığamı?"
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səmra Rəhimli deyib.
O, baş verənlərə görə, yeniyetmələrin valideynlərini tənqid edib:
"Hər kəs dünyaya uşaq gətirmək məcburiyyətində deyil. Çünki dünyaya gətirib özünüz kimi murdar insan böyüdəcəksinizsə, sizin nəslinizin kəsilməyi məsləhətlidir. Bu murdarlıqlara baxırıq əsəblərimiz pozulur. Hamısı da 100% mentalitet, ədəb-ərkan deyə-deyə özlərini həlak edənlərdir. Öz evlərindən bixəbərlər... İsanların çoxu bərbad vəziyyətdədir. Nə mədəniyyət var, nə düzgün danışıq qabiliyyəti, nə etika, nə də dünyagörüşü. İndi bu qızlara nə cəza veriləcək? Ana-atası gedib deyəcək ki "ay müəllimə, ay direktor, qələt eləyib, uşaqdır bilməyib, mən özüm ona evdə başa salaram". Və qurtardı getdi?! Evə də gələndə deyəcək ki, yaxşı eləmisən, qızım, hələ az eləmisən! Bəs o qızın həmin an yaşadığı və bəlkə də ömrünün sonuna qədər baş edə bilməyəcəyi travma? Bəs onun kəsilmiş o gözəl saçları? Evdə sən necə valideyn tərəfindən böyüdülməlisən ki belə bir varlığa çevriləsən. Gör, indi o qızların ailələri hansı psixologiyaya sahibdir".
İfaçı saçları kəsilən və təhqir edilən qıza dəstəyini ifadə edib:
"Əgər bu gün videolarını gördüyümüz, təklənən və saçları kəsilən qız mənim bu paylaşımımı görürsə, ona "Sən çox güclüsən, gözəlsən və özəlsən" sözlərini deyirəm. Heç bir şey sənin özgüvənini salmasın. Sənə bunu edənlər xəstə insanlardır, onlar onsuz da bu psixologiya ilə məhvə doğru gedirlər. Başını dik tut və əsla əymə. Səni çox istəyirəm".