Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2024 15:32
"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin çox oyun vaxtı vermədiyi Arda Güler icarəyə getmək variantını nəzərdən keçirməyə başlayıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Ançelottidən gözlədiyi vaxtı ala bilməyən və ehtiyat oyunçular skamyasında qalmaqdan yorulan Arda başqa kluba getmək istəyir. Məlumata görə, "Real" rəhbərliyi də icarə variantını nəzərdən keçirməyə başlayıb.Bildirilir ki,"Real Madrid" Arda Güleri gələn mövsüm lazımi dəqiqələri ala biləcəyi kluba icarəyə göndərəcək.
İddialara görə, Arda üçün seçimlərdən biri hazırda "Real"da oynayan Brahim Diazın əvvəllər çıxış etdiyi "Milan"dır. Futbolçu ilə "Bayer Leverkuzen" və "Tottenhem" də maraqlanır.