Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2024 09:02
Sabahkı matçda 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Portuqaliyanın "Braqa" klubunun futbolçusu Simon Banza Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.
Evdə uduzmaqlarına baxmayaraq, hazırda çox istəkli olduqlarını bildirən 28 yaşlı hücumçu əlavə edib:
"Qarabağ" güclü komandadır. Bizim də məqsədimiz yaxşı oyunla növbəti mərhələyə adlamaqdır. Mümkünsüz heç nə yoxdur. Brumanın heyətə qayıtması komandamız üçün çox yaxşı oldu. O, keyfiyyətli futbolçudur. Həm qol vurmağı, həm də çox yaxşı ötürmə etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir məhsuldar ötürmə verə biləcək".
O, "Braqa" rəhbərliyinin komandanın qarşısına tələb qoymasına da münasibət bildirib:
"Bunun psixoloji cəhətdən kimə necə təsir etdiyini bilmək olmaz. Bir çoxları bunu təzyiq kimi görür, amma bu, bizə əksinə əlavə motivasiya verir".
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda "Qarabağ" 4:2 hesablı qələbə qazanıb.