Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransanın müdafiə naziri ilk dəfə Ermənistana səfər edəcək - VİDEO

Fransanın müdafiə naziri ilk dəfə Ermənistana səfər edəcək - VİDEO

Tarix: 22 Fevral 2024 12:40

Fransanın müdafiə naziri Sebastien Lecornyu bildirib ki, o, tezliklə Ermənistana silah istehsalçılarından ibarət böyük nümayəndə heyəti ilə səfər edəcək.

"Bu, Fransanın müdafiə nazirinin Ermənistana ilk səfəri olacaq", - nazir söyləyib.

O qeyd edib ki, Fransa İrəvana kömək etmək və "müdafiə potensialını artırmaq" üçün "məsuliyyət daşıyır".
S.Lekornyunun sözlərinə görə, xüsusilə, söhbət yerdən havaya müdafiə və zirehli texnikadan gedir:

"Ermənistan ciddi təhlükəsizlik problemləri, o cümlədən Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzədir".

Dünən Bloomberg Fransanın Ukraynaya hərbi yardım göstərməklə bağlı problemləri barədə məlumat yayıb.

Fransa məhdud büdcə səbəbindən Ukraynaya 3 milyard avro dəyərində hərbi yardımı (raket və artilleriya sursatlarının tədarükü) ödəməkdə çətinlik çəkir.

Milli.Az


Etiketlər:  Fransanın müdafiə naziri ilk dəfə Ermənistana səfər edəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ