Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əhali narahatdır: Bunun zəlzələ xəbərçisi olduğuna inanırlar - VİDEO

Əhali narahatdır: Bunun zəlzələ xəbərçisi olduğuna inanırlar - VİDEO

Tarix: 22 Fevral 2024 18:26

Qış aylarında peyda olan bəzi canlıların zəlzələ xəbərçisi olduğunu düşünən vətəndaşlar narahat olublar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Tunceli rayonunun Hozat səmtində qış yuxusuna getdiyi güman edilən ilanlar qarın üzərində peyda olub.

Heyvandarlıqla məşğul olan Okan Duman ilanları lentə alıb:

"Hər yerdə ilan var. Bu təbiətə nə olub, zəlzələ olacaqmı? İnana bilmirəm, qışın ortasında qarda ilanlar gəzir. Bu normal deyil".

Zəlzələ üzrə elm adamları bir müddət əvvəl Tuncelinin ciddi zəlzələ təhlükəsi altında olduğunu və 7,4 bal gücündə zəlzələ gözlədiklərini açıqlayıblar.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Əhali narahatdır Bunun zəlzələ xəbərçisi olduğuna inanırlar VİDEO


RƏYLƏR