Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski ilə görüşdən imtina etdi

Zelenski ilə görüşdən imtina etdi

Tarix: 22 Fevral 2024 18:40

Polşanın Baş naziri Donald Tusk Ukrayna ilə Polşa sərhədində onun blokadası və polşalı fermerlərin etirazları ilə bağlı Volodimir Zelenski ilə görüşməkdən imtina edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Onet" portalı məlumat yayıb.

"Bizim münasibətlərimizdə simvolizmə ehtiyacımız yoxdur... Çoxdan bəyan etmişik ki, Polşa öz bazarını, o cümlədən kənd təsərrüfatı istehsalçılarını qorumalıdır. Biz Ukrayna ilə ticarətin liberallaşdırılması təhlükəsi barədə xəbərdarlıq etmişik", - portal Tuskdan sitat gətirir.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Tusku nəqliyyat blokadası məsələsini həll etmək üçün fevralın 24-dən əvvəl ölkələr arasında sərhədə gəlməyə dəvət edib. Zelenski bildirib ki, o, Ukrayna hökumətinin üzvlərinə sərhədə gəlməyi tapşırıb. O, Tusku, eləcə də Polşa Prezidenti Andjey Dudanı bu dialoqu dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Polşalı fermerlərin etirazları yanvarın sonundan, yüzlərlə traktorla Ukraynadan Varşavaya gedən magistral yolu bağladıqdan sonra yenidən başlayıb. Fermerlər taxıl daşıyan Ukrayna yük maşınlarına hücum etməyə başlayandan sonra münaqişə daha da şiddətlənib. 
 


Etiketlər:  Zelenski ilə görüşdən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ