Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sakit okeanda güclü zəlzələ olub

Sakit okeanda güclü zəlzələ olub

Tarix: 23 Fevral 2024 07:46

Sakit okeanda 6,3 maqnitualı zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 3,3 min nəfər olan Anqa-Roa şəhərindən (Pasxa adası, Çili) 896 km aralıda yerləşib. Zəlzələnin ocağı 2 km dərinlikdə olub.

Bölgədə sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, daha öncə Sakit okeanda - Kuril adalarının sahilində - güclü zəlzələ olmuşdu.

Milli.Az


Etiketlər:  Sakit okeanda güclü zəlzələ olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ