Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ kosmik gəmisi 52 ildən sonra Ay səthinə endi - FOTOlar

ABŞ kosmik gəmisi 52 ildən sonra Ay səthinə endi - FOTOlar

Tarix: 23 Fevral 2024 11:46

ABŞ kosmik gəmisi 52 ildən sonra Ay səthinə enib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "SpaceX" şirkətinin istehsalı olan "Falcon 9" raketi ilə kosmosa göndərilən ABŞ-nin "Odysseus" kosmik gəmisi Ay səthinə uğurla eniş edib.

"Intuitive Machines" şirkətinin "IM-1" missiyası çərçivəsində NASA-nın elmi və texnoloji yüklərini daşıyan kosmik gəmi Ay səthinə təmas edib.

"Intuitive Machines" şirkətinin uçuş üzrə direktoru Tim Krainin sözlərinə görə, bundan təxminən 15 dəqiqə sonra kosmik gəmidən ilk siqnal alınıb.

"Əmin olduğumuz odur ki, avadanlıqlarımızın Ay səthindədir və gəmi ilə əlaqə yaratmışıq", - deyə o qeyd edib.

Həmçinin "Odysseus"un Aya enən ilk şəxsi kosmik gəmi olaraq qeydə alındığı vurğulanıb.

Xatırladaq ki, NASA 52 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərib.

Gəmidə olan avadanlıqlar vasitəsilə Ay səthində araşdırmalar aparılacaq. Ümid edilir ki, Ay Marsa və ya hətta ondan kənara nəzərdə tutulan missiyalar üçün tramplin ola bilər.

Ay səthinə buraxılan kosmik gəmidə, həmçinin insan qalıqları və idman içkiləri də olub.

Gəminin göyərtəsində kosmosa yollanan insan qalıqları arasında "Star Trek" ("Ulduz yolu") filminin yaradıcısı Cin Roddenberinin, onun həyat yoldaşı və oğlunun, həmçinin filmdə rol alan Nişel Nikolz, Ceyms Duhen və Deforest Kellinin qalıqları var.

Eyni zamanda Aya ABŞ-nin keçmiş prezidentləri Corc Vaşinqton, Duayt Eyzenhauer və Con Kennedinin DNT-ləri də göndərilib.

Milli.Az


Etiketlər:  ABŞ kosmik gəmisi 52 ildən sonra Ay səthinə endi FOTOlar


RƏYLƏR