Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2024 17:12
Son günlər vətəndaşlar arasında su qızdırıcıları ilə bağlı müzakirələr aparılır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, "Pitminutka" adlandırılan su qızıdırıcılarının sökülməsi tələbi bəzi narazılıqlara səbəb olub. Bəs maraqlıdır görəsən həmin sobalar necə və hansı şəraitdə istifadə olunmalıdır?
Mütəxəssis Xaliq Abdullayev deyir ki, təhlükəsizlik cəhətdən içərisində havalandırma sistemi olmayan cihazların açıq havada quraşdırılması tövsiyyə olunur.
Mütəxəssis bildirir ki, bəzi cihazların təlimat kitabçalarında harada quraşdırılmalı olduğu qeyd edilir.
O, vurğulayır ki, vətəndaşların əksəriyyəti qiymətinin münasibliyinə görə Çin istehsalı olan su qızdırıcılarına üstünlük verirlər. Xaliq Abdullayev daha çox Türkiyə, İtaliya və Almaniyanın məhsullarını almağı və cihazlarda havalandırma sisteminin olmasına diqqət etməyi məsləhət görür.
Sözügedən məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov bildirir ki, hazırda yeni layihələndirilmə işləri aparılır və buna əsasən qaz cihazlarından istifadə qaydaları müəyyənləşdirilir. Yeni qaydalara görə, qaz cihazlarının mənzillərin bəzi yerlərində istifadəsi qadağan edilir.
Şöbə rəisi bildirir ki, mənzillərdə texniki müayinələr keçirlir, qaz təchiatının norma və qaydalarına uyğun olmayan çatışmazlıqlar aşkarlanarsa, yerində aktlaşdırılır. Qaydalara uyğun olaraq zaman verilir və ona əsasən istehlakçı ixtisaslaşmış podratçı təşkilatla və ya qaz təchizatçısı ilə müqavilə bağlayaraq nöqsanların aradan qaldırılmasını təmin etməlidir.
Qurum rəsmisi qeyd edir ki, "pitminutka" adlandırılan cihazların vanna otaqlarından çıxarılaraq digər uyğun yerlərdə quraşdırılması və bütün tələblərə cavab verərsə, bundan sonra istismar edilməsi nəzərdə tutulur.
Daha ətraflı videomaterialda: