Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lunyov yenidən Rusiya yığmasına çağırıla bilər

Lunyov yenidən Rusiya yığmasına çağırıla bilər

Tarix: 24 Fevral 2024 17:40

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinin martda keçiriləcək yoldaşlıq oyunlarına çağırıla bilər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov açıqlayıb.

O bildirib ki, sabit çıxış edən qolkiperi komandaya namizəd sayılır: "O, Qarabağ"a keçdiyi ilk gündən indiyədək ağlasığmaz motivasiya göstərir. Bu müddət ərzində Andrey sabit yüksək səviyyədə çıxış edir. "Qarabağ"ın o qədər də inamlı olmadığı matçlarda komandasına xallar qazanmağa, avrokuboklarda irəliləməyə kömək edib. Lunyov noyabrda Kuba ilə matç üçün siyahıda olsa da, bundan iki həftə əvvəl "Bayer"lə oyunda zədələndi. Ola bilər ki, Andrey millinin martdakı matçlarına çağırılsın".

Qeyd edək ki, Lunyov 2023-cü ilin yayında "Qarabağ"la 1+1 illik müqavilə imzalayıb.

Milli.Az


Etiketlər:  Lunyov yenidən Rusiya yığmasına çağırıla bilər


RƏYLƏR