Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Köhnə “Windows 11” istifadəçiləri məcburi olaraq yenilənəcək

Köhnə “Windows 11” istifadəçiləri məcburi olaraq yenilənəcək

Tarix: 24 Fevral 2024 17:48

"Microsoft" şirkəti "Windows 11 23H2" əməliyyat sisteminin yeni mərhələsinin başlandığını elan edib. "Windows 11"in köhnə versiyaları ilə işləyən uyğun cihazlar avtomatik olaraq yeni versiyaya yenilənəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şirkət qeyd edir ki, yeniləmə dəstəyi başa çatmış və ya dayanmaq üzrə olan "Windows 11" kompüterlərinin təhlükəsizliyini və funksionallığını təkmilləşdirmək üçün nəzərdə tutulub. Beləliklə, yeniləmə "Windows 11 21H2 və 22H2" sistemli kompüter istifadəçilərinə təsir edəcək. Birinci versiyanın dəstəyi 2023-cü ilin oktyabrında başa çatıb, ikinci versiya isə bu ilin oktyabr ayına kimi dəstəklənəcək. Bundan sonra "Microsoft" onlar üçün yeniləmələri buraxmayacaq.

"Microsoft" "Windows 11 23H2"ə yeniləmək üçün ən uyğun cihazları müəyyən etmək məqsədilə süni intellektdən istifadə edir. Bu, yeniləmə ilə bağlı potensial problemlərin qarşısını alacaq. Beləliklə, yeniləmə zamanı yeni əməliyyat sistemini quraşdırmaqda çətinlik çəkən qurğular lap axırda yenilənəcək.

Milli.Az


Etiketlər:  Köhnə Windows 11 istifadəçiləri məcburi olaraq yenilənəcək


RƏYLƏR