Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aİ Ukraynaya 1,5 milyard dollarlıq mərmi tədarük etmək niyyətindədir

Aİ Ukraynaya 1,5 milyard dollarlıq mərmi tədarük etmək niyyətindədir

Tarix: 24 Fevral 2024 17:56

Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrinin silah-sursat çatışmazlığı fonunda üçüncü ölkələrdən artilleriya mərmilərinin təhvil verilməsi üçün Ukraynaya təcili maliyyə yardımı məqsədi ilə 1,5 milyard dollar toplamağa çalışır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sxem Ukraynaya döyüş sursatının tədarükündə, ABŞ Konqresi və Avropa fabriklərində mərmi istehsal tempinin zəyif olması ilə bağlı mübahisələr səbəbindən yaranmış gecikmələri kompensasiya etmək istəyən Çexiya tərəfindən irəli sürülüb.

Çexiyanın bu təşəbbüsünə Danimarka və Niderland da qoşulub. Ottava mərmilərin alınmasına 30 milyon Kanada dolları xərcləməyə hazır olduğunu bildirib. Kanadanın müdafiə naziri Bill Bler bununla bağlı Çexiya tərəfi ilə danışıqların aparıldığını təsdiqləyib.

Çexiya təşəbbüsünün həyata keçirilməsi fevralın 26-sı Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə keçiriləcək Ukraynaya Yardım Sammitində müzakirə olunacaq.

Milli.Az


Etiketlər:  Ukraynaya 15 milyard dollarlıq mərmi tədarük etmək niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ