Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə XİN: Xocalı qətliamı insanlıq tarixinə qara ləkə olaraq keçib

Türkiyə XİN: Xocalı qətliamı insanlıq tarixinə qara ləkə olaraq keçib

Tarix: 26 Fevral 2024 09:26

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətiamının 32-ci ildöümü ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik.

O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib.

Xocalıda öldürülən 613 nəfər qardaşımızın və o gün yaralanan, əsir alınan və ya itkin düşən bütün azərbaycanlıların kədəri hələ ürəyimizdədir.

Xocalı qətliamında həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk".

Milli.Az


Etiketlər:  Türkiyə XİN Xocalı qətliamı insanlıq tarixinə qara ləkə olaraq keçib


RƏYLƏR