Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 15:44
Türkiyənin Samsun vilayətində Regional Həvəskarlar Liqasının (BAL) "Çarşambaspor" və "Safranboluspor" futbol klublarının oyunu zamanı bədbəxt hadisə yaşanıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Samsundakı şəhər stadionunda keçirilən qarşılaşmanın 81-ci dəqiqəsində "Safranboluspor"un futbolçusu Fehmi Fırat Aksoy yıxılıb və dili qatlanıb. Hakim dərhal oyunu dayandırıb və həkim briqadasını meydana çağırıb. Futbolçu ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.