Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzada davam edən küçə döyüşlərindən REAL KADRLAR - VİDEO

Qəzzada davam edən küçə döyüşlərindən REAL KADRLAR - VİDEO

Tarix: 26 Fevral 2024 17:32

Fələstinin HƏMAS təşkilatı ilə Qəzza zolağında İsrail hərbçiləri arasında baş verən küçə döyüşlərindən yeni kadrlar yayılıb. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, real döyüş kadrlarını əks etdirən görüntülər sosial şəbəkəyə yerləşdirilib. 

Görüntülərdə HƏMAS döyüşçülərinin binaların birində olan israilli hərbçilərə atəş açdığı anlar öz əksini tapıb. 

Bu arada İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında HƏMAS hərəkatı ilə döyüşlərdə daha iki əsgərini itirdiyini açıqlayıb. Bu barədə ordunun mətbuat xidmətinin müvafiq məlumatında deyilir.

Beləliklə, 2023-cü il oktyabrın 7-də münaqişənin gərginləşməsindən indiyədək İsrail ordusunun ümumi itkiləri 579 nəfərə çatıb. Mətbuat xidmətinin məlumatına görə, Qəzza zolağında ötən ilin noyabrında başlayan quru əməliyyatı zamanı 240 İsrail hərbçisi öldürülüb.

İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Qeyd edək ki, oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində Qəzzada ən azı 29 692 nəfər həlak olub, 69 879 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Qəzzada davam edən küçə döyüşlərindən REAL KADRLAR VİDEO


RƏYLƏR