Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emrelinin meydanlara qayıdacağı vaxt açıqlandı

Mahir Emrelinin meydanlara qayıdacağı vaxt açıqlandı

Tarix: 27 Fevral 2024 11:32

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Mahir Emreli martda yaşıl meydanlara qayıda bilər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Slobodnadalmacija" nəşri məlumat yayıb.

Bildirilib ki, Zaqreb təmsilçisində 26 yaşlı hücumçu ilə yanaşı, Dino Periç, Marko Roq və Luka Stoykoviç mərhələli şəkildə martda sıraya dönəcəklər.

Amma klubun həkimlərinin proqnozları çox təmkinlidir. Onların fikrincə, oyunçuların mümkün qayıdışı çempionatın sonuna qədər də çəkə bilər. Sadeq Moharrami və Lukas Kacavendanın cari mövsüm oynamayacağı dəqiqdir.

Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində zədələnib.

Milli.Az


Etiketlər:  Mahir Emrelinin meydanlara qayıdacağı vaxt açıqlandı


RƏYLƏR