Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 19:26
KTMT-nin məhdudiyyətləri var. Mütləq KTMT-yə silahlarımız barədə məlumat verməliyik.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri "Demokratik Platforma" fondunun direktoru Qaregin Miskaryan erməni mediasına müsahibəsində deyib.
O iddia edib ki, KTMT bu məlumatları alandan sonra düşmənlərə (Azərbaycan nəzərdə tutulur - red.) ötürür:
"Çünki KTMT bizim müttəfiqimiz deyil. KTMT timsalında Rusiya indiki mərhələdə bizim düşmənimizdir. Bu, bizim maraqlarımızın birbaşa toqquşduğu dövlətdir. Bu gün Kremldə oturanlar cinayətkardırsa, biz Rusiya Federasiyası ilə hər cəhətdən əlaqəmizi kəsməliyik. Bizim problemimiz rus xalqı ilə deyil, KTMT-dədir".