Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın özünü qeysəriyyə əməliyyatı edib doğdu - FOTO

Qadın özünü qeysəriyyə əməliyyatı edib doğdu - FOTO

Tarix: 27 Fevral 2024 20:54

Peruda qadın mətbəx bıçağı ilə özünə qeysəriyyə əməliyyatı edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 40 yaşlı İnes doğuş sancısına girəndə əri qonşu kənddəki barda olub. Bu zaman onun sancıları güclənib, lakin doğuş üçün heç bir cəhd edilməyib. Qadın ağrıdan yorulub və mədəsini 15 santimetrlik mətbəx bıçağı ilə kəsmək qərarına gəlib. Üçüncü cəhddə perulu qadın təxminən 17 santimetr uzunluğunda şaquli bir kəsik edə bilib və o, uşağı əlləri ilə çıxarıb.

Bundan sonra o, körpənin göbəyini kəsib və huşunu itirib. Daha sonra oyanıb və altı yaşlı oğlunu köməyə göndərib, oğlan da həkim gətirib. Həkim kəsilmiş yeri tikiş sapı ilə tikib.

Özü-özünə qeysəriyyə əməliyyatı keçirdikdən sonra qadın 16 saat ərzində cərrahlar tərəfindən müayinə olunub. Məlum olub ki, o, bağırsaqlarını zədələyib. 10 gündən sonra perulu qadın yeni doğulmuş körpəsi ilə artıq evinə buraxılıb.

Milli.Az


Etiketlər:  Qadın özünü qeysəriyyə əməliyyatı edib doğdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ