Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2024 00:00
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Bayer 04" klubunun çalışdırıcısı Xabi Alonsonun işini yüksək qiymətləndirib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 53 yaşlı mütəxəssis bildirib ki, Xabi Alonso "Bayer 04"də fantastik iş görür.
"Bayer 04" Bundesliqada Münhen "Bavariya"sı ilə rəqabət aparan və məğlubiyyət görməyən yeganə komandadır", - deyə təcrübəli ispan mütəxəssis vurğulayıb.
Qeyd edək ki, "Bayer 04" 2023/2024 mövsümündə məğlub olmayıb. Almaniya təmsilçisi UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"la qarşılaşacaq. Komandalar arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə keçiriləcək.