Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyan KTMT-dən çıxmaqla hədələdi

Paşinyan KTMT-dən çıxmaqla hədələdi

Tarix: 28 Fevral 2024 19:14

Ermənistanın hazırda təşkilatda daimi nümayəndəsi yoxdur, o, uzun müddətdir ki, KTMT-nin yüksək və yüksək səviyyəli tədbirlərində iştirak etmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin KTMT-də iştirakını dondurması ilə bağlı səsləndirdiyi fikirlərinə aydınlıq gətirərkən deyib.

"Biz təşkilatda çox aydın və birmənalı şəkildə, xüsusən də strukturun məsuliyyət zonasının Ermənistanda yerləşməsi ilə bağlı suallar qaldırırıq. Hələ də cavab almamışıq", - Baş nazir əlavə edib.

"Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, məsələlər həllini tapmasa, de-yure də bunu edəcəyik", - Ermənistan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.

Milli.Az


Etiketlər:  Paşinyan KTMT dən çıxmaqla hədələdi


RƏYLƏR