Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 10:15
1960-cı ildə Türkiyə gözəli seçilən məşhur aktrisa Nebahat Çehre şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 79 yaşı olmasına baxmayaraq gözəlliyi ilə diqqət çəkən aktrisa plastik əməliyyat olunmadığını qeyd edib. "Plastik əməliyyatım yoxdur, botoksum var", - deyə o bildirib.
"Aşk-ı Memnu" serialında Bihterin anası Firdevs Yöreoğlu obrazını canlandıran Nebahat Çehre illərdir tənha olduğunu da dilə gətirib.
"Heç vaxt rola görə bir kişi ilə yatağa girməmişəm. 1988-ci ildən bəri aşiq olmamışam, tənhayam", - deyə aktrisa vurğulayıb.