Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin İƏT-ə üzv olan ölkələrə ixracı 6 milyard dolları ötdü

Türkiyənin İƏT-ə üzv olan ölkələrə ixracı 6 milyard dolları ötdü

Tarix: 29 Fevral 2024 12:54

2024-cü ilin yanvar ayında Türkiyənin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrə ixracı, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq 5 milyard 159 milyon 889 min dollar olub.

Sonxeber.net bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən, bu ilin yanvar ayında, Türkiyənin İƏT-ə üzv olan ölkələrdən idxalı, 2023-ci ilin analoji dövri ilə müqayisədə 11,2 artaraq 2 milyard 948 milyon 590 min dollar olub.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar ayında, Türkiyənin xarici ticarət dövriyyəsi 46 milyard 209 milyon dollara çatıb.

Nazirlikdən qeyd olunub ki , 2024-cü ilin yanvar ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3,5 faiz artaraq 19 milyard 991 milyon dollara, idxalı isə 22 faiz azalaraq 26 milyard 218 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə,Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon dollara, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.


Etiketlər:  Türkiyənin İƏT üzv olan ölkələrə ixracı milyard dolları ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ