Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Filarmoniyada Xocalı faciyəsinin 32-ci il dönümünə həsr olunmuş səhnələşdirilmiş musiqi tamaşası təşkil olunub - FOTO

Filarmoniyada Xocalı faciyəsinin 32-ci il dönümünə həsr olunmuş səhnələşdirilmiş musiqi tamaşası təşkil olunub - FOTO

Tarix: 29 Fevral 2024 12:57

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xocalı faciyəsinin 32-ci il dönümünə həsr olunmuş səhnələşdirilmiş musiqi tamaşası təşkil olunub.

Tamaşada Bakı Avropa Liseyinin 3r2 sinif şagirdləri iştirak ediblər. Layihə müəllifi, liseyin müəllimi Nigar Rəhmanova və xoreoqraf Svetlana Tağıyevanın rəhbərliyi ilə tamaşaçılara 1992-ci il soyqırımının hadisələrini əks etdirən səhnələr təqdim olunub. Böyük ekranda Xocalı faciyəsindən və 44 gün davam edən Vətən müharibəsindən kadrlar nümayiş etdirilib.

Tamaşanın sonunda Bakı Avropa Liseyinin direktoru Zülfiyə Veysova şagirdlərə və layihənin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirib.

Milli.Az


Etiketlər:  Filarmoniyada Xocalı faciyəsinin 32 ci il dönümünə həsr olunmuş səhnələşdirilmiş musiqi tamaşası təşkil olunub FOTO


RƏYLƏR