Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin ən məxfi sənədi – "Qırmızı kitab" yenilənir

Türkiyənin ən məxfi sənədi –

Tarix: 29 Fevral 2024 14:24

"Dövlətin gizli Konstitusiyası" kimi xarakterizə edilən və ictimaiyyət arasında "Qırmızı kitab" kimi tanınan Türkiyənin Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi istiqamətində işlərə başlanılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi sənədin yenilənməsi üçün hərəkətə keçib.

Məxfiliyinə görə "Qırmızı kitab" kimi tanınan sənədin yenilənməsi ilə bağlı nazirliklər və aidiyyəti qurumlardan rəylər alınmağa başlanıb. Araşdırmalardan sonra məsələnin aprelin əvvəlində Ərdoğanın sədrliyi ilə keçirilməsi planlaşdırılan Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcəyi gözlənilir.

Məzmununa görə "Qırmızı kitab" dövlətin daxili və xarici təhlükə kimi gördüyü faktorları maddə-maddə özündə əks etdirən sənəddir. Sənəd Milli Təhlükəsizlik Şurasının iclaslarında təhdid dəyişikliklərinə uyğun olaraq vaxtaşırı yenilənir.

Milli təhlükəsizliyin təmin edilməsi və milli məqsədlərə nail olmaq üçün Milli Təhlükəsizlik Şurasının müəyyən etdiyi fikirlər çərçivəsində daxili, xarici və müdafiə fəaliyyətləri metodları prinsiplərini əhatə edən sənəd sonuncu dəfə Milli Təhlükəsizlik Şurasının 2019-cu il 30 sentyabr tarixli iclasında müzakirə edilib. İclas Ərdoğanın sədrliyi ilə keçirilib.

Milli.Az


Etiketlər:  Türkiyənin ən məxfi sənədi Qırmızı kitab yenilənir


RƏYLƏR