Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp bir ştatda ilkin seçkilərdən kənarlaşdırıldı

Tramp bir ştatda ilkin seçkilərdən kənarlaşdırıldı

Tarix: 29 Fevral 2024 20:00

ABŞ-nin İllinoys ştatının məhkəməsi keçmiş prezident Donald Trampı ştatda Respublikaçılar Partiyasının ilkin seçkilərindən kənarlaşdırmaq qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İllinoys ştatının məhkəməsindən məlumat verilib.

Dairə hakimi ştatın seçki komissiyasına Trampın martın 19-da keçiriləcək praymerizdən (ilkin seçkilərdən) kənarlaşdırılması barədə göstəriş verib.

Eyni zamanda bildirilib ki, qərarın icrası mümkün apellyasiya şikayəti ilə bağlı martın 1-nə qədər dayandırılıb.

Milli.Az


Etiketlər:  Tramp bir ştatda ilkin seçkilərdən kənarlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ