Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldusuz “Ən-Nəsr” autsayderlə bacarmadı, səkkiz qol vuruldu

Ronaldusuz “Ən-Nəsr” autsayderlə bacarmadı, səkkiz qol vuruldu

Tarix: 1 Mart 2024 06:56

Səudiyyə Ərəbistanı Pro Liqasının 22-ci turunda "Ən-Nəsr" "Əl-Hazem"i qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ər-Riyaddakı "Əl Avval Park"da 8 qol vurulsa da qalib müəyyənləşməyib - 4:4.

"Ən-Nəsr"in yarımmüdafiəçisi Taliska het-trikə imza atıb. Daha bir qolu isə Sadio Mane penaltini dəqiq yerinə yetirərək vurub.

Lakin qonaqlar oyun ərzində bu qolların əvəzini çıxmağı bacarıblar. Sonuncu qolu 90+10-cu dəqiqədə "Əl-Hazem"in müdafiəçisi Paulo vurub və komandasını məğlubiyyətdən xilas edib.

Hazırda "Ən-Nəsr" 53 xalla 2-ci yerdə qərarlaşıb. Onun rəqibi isə 15 xalla 17-cidir.

Milli.Az


Etiketlər:  Ronaldusuz Ən Nəsr autsayderlə bacarmadı səkkiz qol vuruldu


RƏYLƏR