Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” - “Bayer” oyununa biletlərin qiyməti – 300 manat

“Qarabağ” - “Bayer” oyununa biletlərin qiyməti – 300 manat

Tarix: 1 Mart 2024 10:02

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - "Bayer" oyununun biletləri sabah saat 12:00-da iticket.az-da satışa çıxarılacaq.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, qiymətlər 5, 10, 20, 30, 40, 100 və 150 manatdır.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşləri üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri Park Bulvardakı "Qarabağ"ın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından, həmçinin "iticket.az" satış məntəqələrindən əldə edə bilərlər.
"Changan Azerbaijan"da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, matç martın 7-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Etiketlər:  Qarabağ Bayer oyununa biletlərin qiyməti manat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ