Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bayer” rəsmisi: “Xabi bu haqda çox danışıb”

“Bayer” rəsmisi: “Xabi bu haqda çox danışıb”

Tarix: 1 Mart 2024 13:26

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bayer"in baş məşqçisi Xabi Alonsonun çoxsaylı təkliflər alması klub rəhbərliyini narahat etmir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Almaniya təmsilçisinin idman direktoru Simon Rolfes açıqlayıb.

O, ispaniyalı mütəxəssisin Avropa nəhənglərinin hədəfində olmasına münasibət bildirib: "Mən arxayın və nikbinəm. Məşqçi üçün ən vacibi rahatlığı və öz yerində olduğunu hiss etməsidir. Xabi bu haqda çox danışıb".

Qeyd edək ki, Alonso 2022-ci ilin oktyabrından "Bayer"i çalışdırır.

Milli.Az


Etiketlər:  Bayer rəsmisi Xabi bu haqda çox danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ