Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qriqoryan küçənin ortasında Yaqub Həmidi güllələdi

Qriqoryan küçənin ortasında Yaqub Həmidi güllələdi

Tarix: 2 Mart 2024 00:36

Krasnodarın mərkəzində gecə klubunun keçmiş direktoru, niger əsilli şəxs güllələnib. Şübhəli 54 yaşlı yerli sakin Andranik Qriqoryan saxlanılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Şot" (Shot) Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Qriqoryan avtomobilindən silahı götürərək "Leksus" markalı avtomobilinin yanında olan 58 yaşlı Yaqub Həmidi güllələyib. Y.Həmid yerindəcə ölüb. Atışma nəticəsində bir neçə güllə yaxınlıqdakı mağazanın pəncərəsini zədələyib.

Qətldən sonra Qriqoryan hadisə yerinə gələn polis tərəfindən saxlanılıb. Qətlin motivi müəyyənləşdirilir.

Yaqub Həmid uzun müddət Krasnodarda yaşayıb və bir neçə il əvvəl bağlanan "Havana" klubunun direktoru olub.

Milli.Az


Etiketlər:  Qriqoryan küçənin ortasında Yaqub Həmidi güllələdi


RƏYLƏR