Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2024 18:58
Rusiya mətbuatında yüksək rütbəli alman hərbçiləri arasında Krım körpüsünə hücum planları ilə bağlı söhbətin səsyazısının dərci Almaniya Silahlı Qüvvələri (Bundesver) üçün xoşagəlməz sürpriz oldu.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Bild" qəzeti yazır.
Nəşr qeyd edir ki, Bundesver hələ də orijinallığı rəsmən təsdiqləməsə belə, çox şey səsyazısının saxta olmadğını göstərir.
"Bild" Bundesverin mümkün zərərləri məhdudlaşdırmağa çalışdığını da vurğulayır.
Qəzet bildirir ki, alman hərbçilərin söhbətini necə və kimin Rusiya xüsusi xidmət orqanlarına ötürdüyü məlum deyil. "Bild" əlavə edir ki, söhbətin iştirakçılardan biri Sinqapurda mehmanxanada olub, qaldığı otaqda dinləyici yerləşdirilə bilərdi, ya da etibarlı olmayan şəxslə danışıb.
Rusiyanın BMT-dəki missiyası alman zabitləri arasındakı məxfi söhbəti "Almaniya üçün biabırçılıq" adlandırıb.
"Almaniyanın yüksək rütbəli hərbçiləri arasında "Taurus" raketləri ilə Krım körpüsünə mümkün hücumla bağlı söhbətin lentə alınması Almaniya üçün biabırçılıq və üzünü itirmək deməkdir", - Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski vurğulayıb.
Diplomat qeyd edib ki, o, artıq Rusiyanın 1990-2000-ci illərdə dostluq müqavilələri bağladığı Almaniyaya yox, 1930-cu illərdəki (İkinci Dünya Müharibəsindən öncə) ölkəyə bənzəməyə başlayıb.