Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaman səyyahının ürpədici 2025-ci il proqnozu: Böyük son başlayır

Zaman səyyahının ürpədici 2025-ci il proqnozu: Böyük son başlayır

Tarix: 2 Mart 2024 20:14

Zamanda səyahət iddiaları ilə barəsində çox danışılan Al Bilekin 2025-ci ilə dair proqnozu bütün dünyanı heyrətə gətirib. Onun illər öncə irəli sürdüyü iddiaları ürpədicidir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, 1943-cü ildə qardaşı ilə birlikdə ABŞ gəmisindən qəribə bir işığın içinə atılaraq 2137-yə göndərildiyini söyləyən Bilek verdiyi açıqlamalarla yenidən gündəmə gəlib.

Maraqlı və qeyri-adi proqnozlar verərək milyonların diqqətini çəkən ekstrasens 2025-ci ildə Üçüncü Dünya Müharibəsinin başlayacağı ilə bağlı illər əvvəl qorxunc proqnoz verib. Onun sözlərinə görə, 2025-ci ildə nüvə müharibəsi başlayacaq, milyonlarla insan həyatını itirəcək.

2011-ci ildə vəfat edən Bilek Avropanın böyük hissəsinin su altında qalacağı və Böyük Britaniyanın tamamilə məhv olacağını iddia edirdi. Gələcəkdə çox az şəhərin salamat qalacağını da bildirib.

Bilek salamat qalacaq ölkələrin sərhədlərinin olmayacağını söyləyib. Bu iddiasına görə, zaman səyahətində uçan şəhərlərin bütün dünyaya daşına bildiyi, texnologiyanın inkişaf etdiyi bir dövrün şahidi olub.

Müsahibələrindən birində belə demişdi:

"Körfəzə gedəndə su ilə qarşılaşacağımızı gözləyirdik, amma su yox idi".

Bilek bununla gələcəkdə dünyanı cənginə alacaq dəhşətli quraqlığa diqqət çəkmişdi.

Al Bilek ölümündən əvvəl verdiyi müsahibədə İkinci Dünya Müharibəsi zamanı ABŞ ordusunun həyata keçirdiyi gizli layihə olan Filadelfiya eksperimentində iştirak etdiyini açıqlamışdı.


Etiketlər:  Zaman səyyahının ürpədici 2025 proqnozu Böyük başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ